Xalq Hərəkatı Uğrunda Hərəkat Partiyasının deputatı Valeri Buaye qondarma “erməni soyqırımı”nı inkara görə cinayət məsuliyyəti nəzərdə tutan yeni qanun layihəsini parlamentə təqdim edib.
APA-nın erməni mətbuatına istinadən yaydığı məlumata görə, qanun layihəsi Milli Assambleyanın sədarətində dekabrın 19-da qeydiyyatdan keçib. Layihə 1881-ci ildə qəbul olunmuş söz azadlığı barədə qanuna dəyişiklik edilməsini nəzərdə tutur. Dəyişiklik qəbul edilsə, qondarma “erməni soyqrımı”nı inkara görə cinayət məsuliyyətinin nəzərdə tutulması üçün hüquqi əngəl aradan qalxmış olacaq.
Xatırladaq ki, Vakleri Buaye bundan əvvəl Fransa parlamentinin hər iki palatasında qəbul olunmuş, lakin Konstitusiya Məhkəməsi tərəfindən rədd edilən qondarma “erməni soyqrımı” haqqında qanun layihəsinin müəllifidir.
musavat.com