Azərbaycan prezidenti İlham Əliyev Gəncə şəhərində abadlıq və yenidənqurma işlərinin sürətləndirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncamla Gəncə şəhərində aparılan abadlıq və yenidənqurma işlərini sürətləndirmək məqsədi ilə 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə isə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
lent.az