Bu barədə «APA-Economics»ə AİF-dən məlumat verilib.
Nəticədə, 2012-ci il ərzində verilən ipoteka kreditlərinin ümumi həcmi 74,77 mln. manata çatıb. Bu, 2011-ci ilə nisbətən 21,74% azdır.
Ümumilikdə, ipoteka kreditləşməsinin başlandığı 2006-cı ildən indiyədək AİF xətti ilə verilən ipoteka kreditlərinin həcmi 420,31 mln. manata çatıb. Nəticədə, 2013-cü il yanvarın 1-nə Azərbaycanda adambaşına verilən ipoteka kreditinin həcmi 46,19 manat təşkil edib.
Dekabrda AİF tərəfindən 5,73 mln. manatlıq ipoteka krediti yenidən maliyyələşdirilib. Noyabr ayı ilə müqayisədə yenidən maliyyələşdirilən kreditlərin həcmi 1,9 dəfə azalıb. Nəticədə, 2012-ci ildə ümumilikdə 91,15 mln. manatlıq kreditlər yenidən maliyyələşdirilib. İndiyədək verilən ipoteka kreditlərinin 343,37 mln. manatı və ya 81,69%-i təkrar maliyyələşdirilib.
Həmçinin, dekabr ayında İpoteka Fondu 13 mln. manatlıq istiqraz buraxıb. Nəticədə, 2012-ci ildə Fondun buraxdığı istiqrazların ümumi həcmi 36 mln. manat olub.
apa.az