Facebook sosial şəbəkəsi naməlum qrupun ardıcıl haker hücumlarına məruz qalması ilə bağlı məlumat yayıb. ANS PRESS-in Reuters-ə istinadən verdiyi məlumata görə, hakerlər istifadəçilər barədə məlumatları əldə edə bilməyiblər. “Hücum bizim bir neçə əməkdaşrımız mobil qurğular üçün əlavələrin hazırlanması ilə məşğul olan şirkətlərdən birinin sındırılmış saytına daxil olarkən baş verib”, – Facebook-un yaydığı rəsmi məlumatda deyilir.
Facebook bütün dünyada 1 milyarda yaxın istifadəçiyə malikdir.
İlin əvvəlində Amerikanın The New York Times, The Washington Post i The Wall Street Journal nəşrləri haker hücumuna məruz qaldıqları barədə məlumat yaymışdılar. Bildirilirdi ki, bu KİV-lərin saytlarına hücum Çindən olub. Bundan başqa, Twitter-ə də hücum olmuş və 250 min istifadəçinin məlumatları oğurlanmışdı.