Rok ifaçısı erməni əslli türkiyəli müğənni Hayko Çepkin qadın pərəstişkarına kəllə vuraraq onu yaralayıb. Hadisə müğənninin sərxoş vəziyyətdə çıxış etdiyi məkanın qarşısında baş verib. Məlumata görə, erməni müğənninin meneceri üz-gözü qan olmuş qadının könlünü almağa çalışıb. Cepkin özü də zərərçəkmişlə uzun uzadı söhbət etdikdən sonra onu bara dəvət edərək içkiyə, daha sonra yeməkxanaya apararaq şorbaya qonaq edib. Daha sonra heç nə olmamış kimi pərəstişkarı ilə salamatlaşan Cepkin evinə yollanıb.
Xatırladaq ki, bu, erməni müğənninin Türkiyədə törətdiyi ilk belə hadisə deyil. Hayko Cepkin 2010-cu ildə “Narahat etdi” – deyərək öz pərəstişkarını yumruqlamışdı.
2007-ci ildə isə yolda təsadüfən mübahisə etdiyi şəxsin dizini sındıran erməni rokçu məhkəmə tərəfindən təzminata məhkum edilib.