Dünyanın ən məşhur alt paltarı firmalarından olan “Victoria’s Secret” Kendis Svanepoel, Miranda Kerr, Adriana Lima kimi gözəllərinin arasında birini də əlavə edib.
ANN.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 19 yaşlı macar gözəl Barbara Palvin digər mələklərə meydan oxuyub. Palvin “Victoria’s Secret”in noyabr ayında keçirilən dəfiləsində ilk dəfə podiuma çıxmışdı. Palvin məşhur firmanın 2013-cü ilin alt paltarlarının təqdimatı zamanı fotoqrafların qarşısına keçərək pozalar verib və gözəlliyi ilə hamıya meydan oxuyub.(ann.az)