Keçmiş futbolçu, hal-hazırda hakimiyyətdəki AK Partinin İstanbul deputatı olan Hakan Şükür qatıldığı universitet konfransında Türkiyədə gündəmdə olan kürd problemi ilə bağlı danışıb. Medianews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Mən Türk deyiləm, Arnavutam. Ancaq bu torpaqlarda çörək yemişəm”,- deyən Hakan Şükür insanların istər din, istər məzhəb, istərsə də etnik kökündən asılı olmayaraq bərabər yaşama hüquqlarının olduğunu vurğulayıb.
Qeyd edək ki, sosial və ənənəvi mediada Hakan Şükürün bu açıqlamasına böyük təpkilər gəlib və o, yeni bir açıqlama verərək əslində Türkiyədə olan ayrımcılığa diqqət çəkmək istədiyini söyləyib
MEDİANEWS.AZ