Medianew.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyənin keçmiş futbolçusu, hal-hazırda AKP-dən millət vəkili olan Hakan Şükür özünün rəsmi “tvitter” səhifəsində Xocalı soyqırımı barəsində yazıb. “21-ci ildönümündə Xocalıda qətl edilən 613 qardaşımızın acısını ürəyimizdə hiss edir, Şəhid qardaşlarımızı rəhmətlə anırıq”.
Onu da qeyd edək ki, o, öz səhifəsində Ankara millətvəkili Haluk İpəyin də Xocalı ilə bağlı yazdıqlarını “retvit”ləyərək öz təqibçiləri ilə bölüşüb. (medianews.az)