Bakıda xarici vətəndaş yol polisini döyüb. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Azadlıq prospektində qeydə alınıb. Avstraliya vətəndaşı Vilyam Slohomis “H017 362 “ dövlət nömrə nişanlı “Porsche Cayenne” markalı avtomobili sərxoş idarə etdiyi üçün yol polisi Rafiq Əhməd oğlu Həsənov tərəfindən saxlanılıb. Sürücü yol polisinin əmrlərinə əməl etməyərək onu döyüb.
Faktla bağlı araşdırma aparılır.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.