“Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallı barəsində olan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçiriləcək məhkəmə prosesdə Ə. Zeynallıya hökm oxunub. Məhkəmənin hökmü ilə Ə. Zeynallı 9 il müddətinə azadlıqdan məhrum edilib.
Ə. Zeynallı Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə ittiham olunur.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.