Bakının Nəsimi rayonu ərazisində valyutadəyişmə məntəqəsinə basqın edilib. Rayon Polis İdarəsindən milli.az-a verilən məlumata görə, 3-cü mirkrorayon dairəsi yaxınlığında, Cavadxan küçəsində yerləşən məntəqəyə basqın edən iki nəfər orada işləyən Valeh İsmayılova 3 bıçaq zərbəsi vurublar.
Valyutadəyişmə məntəqəsinə soxulan şəxslər oradan heç nə apara bilməyiblər. Hazırda cinayəti törədən şəxslərin tutulması istiqamətində iş aparılır.
Faktla bağlı Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə cinayət işi başlanıb.