Həbsdə olan sabiq millət vəkili Gülər Əhmədovanın səhhəti bir az da pisləşib. Gülər Əhmədova oğlunun qolunun sınaraq hospitala yerləşdirilməsini eşidəndən sonra sarsıntı keçirib. Sabiq millət vəkilinin nümayəndəsi Zülfiyyə Bayramovanın ANS PRESS-ə verdiyi məlumata görə, mətbuatda Gülər Əhmədovanın mətbuatda aclığa başlaması, dünən halının qəfil pisləşməsi və qaldığı kamerada özündən getməsi ilə bağlı xəbərlərin heç bir əsası yoxdur.
Qeyd edək ki, verilən məlumata görə, sabiq millət vəkili oğlunun hospitala düşməsini eşidəndən sonra təcridxana rəhbərliyinə müraciət edərək oğlu Toğrulu görmək istədiyini bildirib. Lakin mövcud qaydaların buna izn vermədiyi əsas gətirilərək G.Əhmədovanın xahişi rədd edilib. Buna etiraz olaraq isə, sabiq millət vəkili aclığa başlayıb.
Gülər Əhmədovanın nümayəndəsi bu informasiyaları təkzib edib və bildirib ki, sabiq millət vəkili aclıq aksiyasına başlamayıb.