Bakı şəhərində dəhşətli qətl törədilib. Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, martın 28-də Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayan Bayram Əliyev qaynatası Tofiq Həsənovu bıçaqla qətlə yetirib və qaynanası Dilbər Əşrəf qızı ilə onu yaşadıqları evin həyətində basdırıblar.
Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən B.Əliyev və D.Həsənova həbs ediliblər.