Sank-Peterburqun keçmiş meri Anatoli Sobçakın qızı məşhur telejurnalist Kseniya Sobçak artıq Azərbaycandadır.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə telejurnalist özünün tvitter hesabında yazıb. Bir gün öncə xəbər etdiyimiz kimi Sobçakın Bakı səfərinin məqsədi aprelin 11-13-də Bakıda keçiriləcək Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının ümumdünya forumunda iştirak etməkdir.
Sobçak Bakıya “Dojd” telekanalının baş redaktoru Mixail Ziqarla gəlib: “Salam Bakı! Mişa Ziqarla Azərbaycanda keçiriləcək Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının ümumdünya forumuna gəldik. Ən gözəl sözlərə dəyər”.
Sobçak həmçinin “Four Seasons Hotel Baku” dan görüntülənən Bakının fotosunu da Twitterdə paylaşıb.