Azərbaycanın təhsil naziri Misir Mərdanov işdən azad edilib.
AzərTac bu gün saat 17-00-da bu barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamını yayıb.
Misir Mərdanovun yerinə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov təyin eilib.
Qeyd edək ki, Misir Mərdanov 1998-ci ildən Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışıb.