Sabiq təhsil naziri AMEA prezidentliyinə namizədliyi məsələsinə aydınlıq gətirib
Sabiq təhsil naziri Misir Mərdanov AMEA prezidentliyinə namizəd olmadığını açıqlayıb. Misir Mərdanov ANS PRESS-ə eksklüziv açıqlamasında belə bir şeyin qətiyyən mümkün olmadığını bildirib: “Bu qətiyyən mümkün deyil”.
AMEA-dan isə bu məsələ ilə bağlı verilən məlumata görə, sabahkı iclasda sabiq təhsil naziri Misir Mərdanovun AMEA-ya həqiqi üzvü məsələsi həll oluna bilər. Misir Mərdanovun AMEA-ya prezident olması şansının çox yüksək olduğu qeyd edilir.
Sabiq nazir ona yeni vəzifə verilməsi məsələsinə də aydınlıq gətirib. “Bu barədə bir şey demək istəmirəm. Vaxtı gələndə hər şeyi biləcəksiniz”, – deyə Misir Mərdanov bildirib.
Xatırladaq ki, Misir Mərdanov aprelin 19-da prezidentin sərəncamı ilə istefaya göndərilib. Onu bu postda Mikayıl Cabbarov əvəz edib.