Xalq artisti Nazpəri Dostəliyevanın illər əvvəl çəkilmiş və indiyədək heç yerdə yayımlanmayan klipi ortaya çıxıb. Axşam.az-ın məlumatına görə, klip müğənninin məşhur “Dilbərim” adlı mahnısına çəkilib.
Rejissorluğunu Fuad Əlişovun etdiyi ekran işinin prodüseri Ülviyyə Könül olub.
Nazpəri Dostəliyeva klipin süjet xəttini bəyənmədiyi üçün onun yayımlanmasına icazə verməyib.