Rusiyada yaşayan azərbaycanlı milyonçu Araz Ağalarovun oğlu, tanınmış biznesmen və bəstəkar-müğənni EMİN (Emin Ağalarov) ailəsindən danışıb. Əkiz oğul atası sənətçi ANS PRESS-ə müsahibəsində, ailəsinin onun həyatında ən önəmli yer tutduğunu söyləyib:
“Mən ailəmi həddindən artıq çox sevirəm. Mənim üçün ailəm, uşaqların ən önəmli yerdədir. İkinci yerdə mənim iç dünyam və sənətim, üçüncü yerdə isə ailə biznesimiz dayanır”, – deyə Emin Ağalarov bildirib.