Xalq artisiti Məleykə Əsədova soyuq münasibətdə olduğu xalq artisti İlhamə Quliyeva haqqında lətifə yazmadığını deyir. Aktrisa ANS PRESS-ə açıqlamasında, “Facebook” sosial şəbəkəsində adına açılan profildə yazılan lətifədən xəbərsiz olduğunu bildirdi: “Mən sosial şəbəkələrdə yoxam. Buna heç vaxtım da yoxdur. Kimlərsə səkillərimdən istifadə edib özlərinə profil açırlar və istədiklərini yazırlar. Dünən yazılan lətifədən xəbərim belə yoxdu. Bununla bağlı hara müraciət etmək olar, bilnirəm. Əgər bu qanun şəkilində həll olunarsa, onları məhkəməyə verməyə hazıram.”
Qeyd edək ki, dünən axşam saatlarında “Facebook”da Məleykə Əsədovanın adına açılmış profildə İlhamə Quliyevaya həsr edilmiş lətifə yazılıb. Lətifədə İlhamə Quliyevanın məşhur kino ulduzu Van Dammla görüşü ironik şəkildə təsvir olunub: “İlhamə Quliyeva ilə dünya üzrə populyar aktyor Van Damm Bakıda görüşür. İlhamə Quliyeva özünü Van Damma təqdim edir: Azərbaycan və Dağıstanın xalq artisti, “Şöhrət” ordenli, Dünya Sülh səfiri, Türk dünyasının sənət kraliçası İlhamə Quliyeva. Van Damm qulaq asandan sonra gülə-gülə ingiliscə özünü İlhamə Quliyevaya təqdim edir. Deyir mən də milyarder, dünya şöhrətli aktyor Vandam!:)))”