Bu gün Gəncədə dəhşətli intihar hadisəsi baş verib.
Gəncə şəhər Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Kamran Məmmədov saat 15.00 radələrində intihar edib.
Hüquq-mühafizə orqanı əməkdaşları hadisə yerinə baxış keçirən zaman məlum olub ki, K. Məmmədov özünü əl qumbarası ilə partladıb.
Hazırda faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.