Xalq artisti Aygün Kazımovanın Amerika səfəri hamının yadındadır. Səfər zamanı müğənni jurnalistlərinə verdiyi müsahibəsində hamını təəccübləndirən açıqlama vermişdi: “Mən bir ay Qubadlı və Zəngilan rayonlarında vuruşmuşam”.
Bundan sonra xalq artistinin döyüş bölgəsinə necə getməsi, kiminlə vuruşması kimi suallar hər kəsi maraqlandırmağa başladı.
Aznews.az-a bu məsələ ilə bağlı çox maraqlı bir məlumat daxil olub. Məlum olub ki, gənc və cazibədar Aygünü müharibə vaxtı döyüş bölgəsinə Nurəddin adlı bir şəxs aparıb. Həmin dövrdə məşhur olan və “Bozqurd” kimi tanınan Nurəddinin Aygün Kazımova ilə müxtəlif bölgələrdə olduğu bildirilir. Onların döyüş videosu olmasa da, bir yerdə əylənmələrinin, oynamalarının görüntüləri var.
Qeyd edək ki, bu görüntülər 20 il bundan əvvəl lentə alınıb.
http://www.youtube.com/watch?v=SshGXLwWeyk&feature=youtu.be