“Shelby Supercars” şirkəti hiperkar “Tuatara”-nın seriyalı buraxılışına başlamaq üçün daha bir addım atdı.
Güc aqreqatının yoxlanışı zamanı əldə olunan nəticələrə əsasən, hiperkar dünyada ən güclü seriyalı avtomobil adına namizəddir.
Hələ 2011-ci ildə elan edilmiş “Ginnes Rekordlar Kitabı”nın məşhur rekordçusunun varisi olan “Ultimate Aero” ikili turboyükləyicisi olan 7-litrlik V8 əldə etdi. Testlər göstərdi ki, aqreqatın gücü 1350 at gücünə və 1733 Nm fırlanma anına bərabərdir.
Bu nəticə aşkar şəkildə dünyada ən sürətli avtomobil adına layiq olmağa cəhd göstərən – 1200-güclü “Bugatti Veyron Super Sport” və 1244-güclü “Hennessey Venom GT” kimi hiperkarların göstəricilərindən çoxdur.
Bu gün rəsmi olaraq qeydə alınmış ən yüksək sürət “Bugatti” konstruktorlarının yığdıqları avtomobildədir – onların hiperkarları 431 km/saata qədər sürətlənir. Əgər“Shelby Supercars” mühəndislərinin hesablamaları öz təsdiqini tapsa, onda avtomobillərin siyahısı yenilənməlidir.
Artıq buna ümid etmək əsassız deyil: şirkətin rəhbəri Cerod Şelbinin bəyanatına əsasən göstərilən rəqəmlər Rusiyanın “92” yanacağı ilə eyni olan adi vətəndaş yanacağından istifadə zamanı əldə edilib. Əgər düzgün alternativ seçilsə aqreqatın gücünü misilsiz olaraq 1700 “ata” qədər çatdırmaq olar.
Bununla belə hiperkar “Tuatara” şəhər şəraitində gündəlik istifadə üçün yararlı qalmalıdır. “Shelby Supercars”-ın direktorunun sözlərinə əsasən onların yaradıcılığı dünyanın istənilən iqlimdə və istənilən şəraitdə asan idarəçiliyi nümayiş etdirdi