Bakının Binəqədi rayonu ərazisində hər bir sürücünün başına gələ biləcək hadisə baş verib.
Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, ötən gecə saat 02:00 radələrində Loğman Binnətov idarə etdiyi “Hyundai” markalı avtomobillə Rəsulzadə qəsəbəsinə gedərkən arxadan gələn sürücünün hücumuna məruz qalıb.
Həmin şəxs L.Binnətovun maşınının qarşısını kəsərək avtomobili saxlatdırıb və ona yol vermədiyinə görə söyərək üstünə hücum edib. Həmin şəxs Loğmanın avtomobildə olan həyat yoldaşı Zinət və 31 yaşlı qaynı Habil Mədətovu döyərək qaçıb.
L.Binnətov başına gələnlər barədə Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsini məlumatlandırıb. Xuliqanlıq əməlini törədən sürücü axtarılı