Müğənni Roza Zərgərlinin fotosu sosial şəbəkədə qalmaqala səbəb oldu. ANS PRESS-in məlumatına görə, ifaçı gecə xalatında çəkdirdiyi fotosunu öz profilində paylaşıb. “Facebook” istifadəçiləri arasında Zərgərlinin bu hərəkəti birmənalı qarşılanmayıb. Şəkili bəyənib xoş sözlər yazanlar da olub, ifaçını qınayanlar və tərbiyəsiz atmacalar yazanlar da. Bununla da Roza Zərgərlini qınaq atəşinə tutanlarla müdafiə edənlər arasında mübahisə başlayıb.
Şərhlərdən xəbər tutan Roza Zərgərli özü söhbətə qarışıb. Baş verənlərdə əhvalı pozulan müğənni “Bu, siz dediyiniz deyil, film çəkilişindəndir. Yuxudan oyanıb övladlarıma baş çəkirəm burada. Evde palto qeyinərlər? Heç gözləməzdim, ayıb olsun bu fikirləri yazan oğlanlarmıza. Özünüzə hörmət edin.” – yazaraq təəssüfünü bildirib.