Maşın yanır, körpü bağlanıb
Maşınlardan biri artıq kül olub.
Bakının Xəzər rayonu ərazisində avtomobillərdə güclü yanğın baş verib. Hadisə şahidlərinin Milli.Az-a verdikləri məlumata görə, Mərdəkan körpüsünün yaxınlığında iki avtomobildə qəflətən yanğın meydana gəlib. Maşınlarda bizi “Qazel” markalıdır.
Yanğın nəticəsində körpü bağlanıb. Maşınlardan biri artıq yanaraq kül olub.
Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən Milli.Az-a bildirildi ki, hadisə yerinə yanğınsöndürən maşınlar göndərilib. Hələlik başqa məlumat yoxdur.
***
Bu gün saat 14:15 radələrində Bakının Sabunçu rayonu Maştağa qəsəbəsində ağır avtobus qəzası baş verib. Sabunçu rayon Polis idarəsindən ANS PRESS-ə verilən məlumata görə, Maştağa qəsəbəsinin girəcəyində 166 saylı avtobus yüksək sürətlə hərəkət edərək “Kamaz” markalı yük avtomobilinə dəyib və sonradan divara çırpılıb. Zərbənin çox güclü olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları, yanğınsöndürən-xilasedicilər və təcili yardım həkimləri cəlb olunub. Hadisə şahidlərinin verdiyi məlumata görə, qəza nəticəsində çoxlu sayda yaralı var.
Hazırda ərazidə hüquq-mühafizə orqanları çalışır.