Ərdoğan Bəşər Əsədə “qəssab” dedi
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Suriya prezidenti Bəşər Əsədə “qəssab” deyib. AzNews.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, nazir Suriyada 3 ildir davam edən terroru, qarşıdurmanı və insan ölümlərini pisləyib və bunun günahını Suriya prezidentində görüb.
“Əgər Allah bizə izn versə, biz onun necə işgəncə ilə öləcəyinin şahidi olacağıq. O çox günahlar işlədib. Bu qədər günahsız insanın qanı yerdə qala bilməz. Bəşər Əsəd prezident yox, qəssabdır. Əsəd, sən insan deyilsən və sən öz gücünü ancaq və ancaq günahsız , kimsəz insanların üzərində həyata keçirə bilirsən”,-deyə nazir dünən Ankaradakı çıxışı zamanı deyib.
Nazir həmçinin heç bir halda Rusiya və Çinin mövqeyi ilə razılaşmayacağını bildirib. Onun sözlərinə görə, Bəşər Əsədi cəzalandırmaq və hakimiyyətdən uzaqlaşdırmaq lazımdır.