Bu ilin iyun ayından etibarən birinci nəsil “iPhone” istifadəçiləri artıq öz telefonlarını təmir etmək və ya onlara detal almaq imkanından məhrum olacaqlar.
Milli.Az ICTnews-a istinadən bildirir ki, “Apple” birinci “iPhone” qurğusunu, eyni zamanda 2005-2007-ci illərdə buraxılmış kompüter və noutbuk modellərinin dəstəklənməsini dayandıracaq. Bu, 2013-cü ilin iyunun 11-də baş verməlidir. “Apple” şirkətinin qaydalarına əsasən, 5 il bundan öncə istehsalı dayandırılmış qurğular “köhnəlmiş” və ya “istifadədən çıxarılmış” statusunu alırlar.
Yəni bu müddətdən sonra rəsmi “Apple” dükanlarında onları təmir etmək və ya onların detallarını almaq olmayacaq. “iPhone” 2007-ci il yanvarın 9-da təqdim edilib, iyunun 29-da isə satışa çıxarılıb və bununla ABŞ smartfon bazarının çox hissəsini fəth edib.
“Apple” 2008-ci il iyunun 10-da “iPhone 3G”-nin ikinci modelini buraxıb