Tanınmış müğənni Özcan Dəniz soyğuna məruz qalıb. Müğənni babası İhsan Aksoy və nənəsi Fadile Aksoyun məzarlarını ziyarət üçün qəbristanlığa gedib. Avtomobilini isə məzarlığın yaxınlığına park edib. Təxminən yarım saat qəbiristanlıqda qalan Deniz, geriyə qayıtdığında avtomobilin şüşəsinin qırıldığını içəridə olan əşyalarının oğurlandığını görüb. Avtomobilinin şüşəsi qırılıb, tablet kompyuteri, fotoaparat, günəş gözlüyü və papağının da içində olduğu çantası götürülüb.
Sənətçinin şikayətindən sonra polis oğrunun tutulması üçün hərəkətə keçib.
Hadisə yerinə gələn polis Özcan Dənizin təxminən 6 min lirəlik (3 min manat) əşyasının oğurlandığını təsbit edib. Hadisə ilə bağlı istintaq aparılır.