Bakının Suraxanı rayonu ərazisində ər və arvad döyülüb. Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, dünən saat 14:50 radələrində 1977-ci il təvəllüdlü Hikmət Babayev və onun həyat yoldaşı 1978-ci il təvəllüdlü Zəminə Babayeva vəhşicəsinə döyülüb. Döyülən hər iki şəxs ağır halda xəstəxanaya çatdırılıblar. Hadisənin isə hansı motivdə baş verməsi barədə heç bir məlumat verilməyib.