Banqladeşdə dağıntılar altından sağ adam çıxarılıb
Banqladeşdə 8 mərtəbəli binanın dağıntıları altında möcüzə yaşanıb. ANS PRESS-in “Milliyət”ə istinadən verdiyi məlumata görə, dağıntılardan 17 gün sonra daş-torpaq yığınının altından bir nəfər sağ çıxarılıb. “Rəna Plaza”nın dağıntıları altından qadının xilas edilməsi anbaan efirdə yayımlanıb. Reşma adlı qadın dağıntılar altından çıxarılaraq dərhal hərbi hospitala yerləşdirilib.
Məlumata görə, qadın dağıntılar altından əlini yelləməklə xilas edilə bilib. Belə ki, xilasedicilər qadının üzərinə aşan dəmirləri, daşları və beton parçalarını kəsərək onu xilas edə biliblər.
Qeyd edək ki, binanın uçması nəticəsində ölənlərin sayı mini keçib.