Bakının Binəqədi rayonunda 42 yaşlı kişi özünü yandırıb. Binəqədi rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, mayın 7-də saat 14:40 radələrində Binəqədi şosesi, döngə 2 ünvanında yaşayan 1971-ci il təvəllüdlü Sərvər Ələmdar oğlu Əliyev həmin gün ağır dərəcəli yanıq xəsarətlərilə 5 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq 42 yaşlı kişi mayın 11-nə keçən gecə ölüb. Onun hansı səbəbdən özünü öldürməsinin səbəbləri araşdırılır. Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar aparılır.