Onu qan içində küçədə tapıblar
Bu gün 02:37 radələrində Bakının Sabunçu rayonunda 37 yaşlı qadın bıçaqlanıb. Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, Bakıxanov qəsəbəsində sinəsindən bıçaqlanmış qadın huşsuz vəziyyətdə tapılıb. Dərhal hadisə yerinə təcili yardım həkimləri və polis əməkdaşları çağrılıb. Qadının 1976-cı il təvəllüdlü Aytən Bayramov olduğu məlum olub. Qadının kim tərəfindən bıçaqlandığı araşdırılır.