“Google” şirkəti özünün yeni “Google Play Music All Access” musiqi xidmətini təqdim edib.
Qaynar.info-nun məlumatına görə, internet-radio formatında işləyəcək bu xidmət pullu olacaq.
Nəhəng musiqi fayllarına giriş üçün ayda 10 dollar ödəmək tələb olunur. Xidmətin ilk olaraq ABŞ-da tətbiq olunması nəzərdə tutulur.
Birinci ay internet-radio pulsuz olacaq.