Hadisə Türkiyədə baş verib
Türkiyənin Kahramanmaraş vilayətində qoyun otaran çobanların üzərinə ildırım düşüb. “Cihan” agentliyinin yaydığı xəbərə görə, təbii fəlakət nəticəsində 2 çoban ölüb, ikisi isə yaralanıb. Bundan başqa hadisə nəticəsində sürüdə olan 19 qoyun da tələf olub.
Qeyd edək ki, xəsarət alan çobanlar xəstəxanaya çatdırılıb, ölənlərin meyitləri isə məhkəmə-tibbi ekspertizasına göndərilib. Faktla bağlı istintaq başlayıb.