Hindistanlı həkimin araşdırmaları maraqlı nəticələr verib
Hindistanlı həkim Kamal Kxurana kişilərin nə üçün həyat yoldaşlarına xəyanət etməsinin səbəblərini araşdırıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, o bu səbəblərdən ibarət reytinq də hazırlayıb. Onun fikrincə, bu qlobal problemin ən birinci səbəbi- nigahda olan problemlərdir.
Əgər ər-arvad mübahisə edirlərsə və problem həll edilmirsə, avtomatik olaraq dağıtma mexanizmi işə düşür. Kişi özünü xoşbəxt hiss etmir və seçim qarşısında qalır: qaçmaq yoxsa, mübarizə aparmaq. Bu halda sevgili axtarışı baş verir ki, bu da məişət problemlərindən qaçmaq, ideal münasibət arzusunda olanların seçimidir.
İkinci səbəb – yeknəsəklik və darıxmaqdır. Kişilər üçün həmişə yeni münasibətlər maraqlı olur.
Üçüncü yerdə – seksual eksperimentlər gəlir. Bu səbəbə görə, xəyanət edən kişilər adətən bu təcrübələrini bir necə qadınla edirlər.
Emosional aclıq – qadının işləri, ailə qayğıları, uşaqlarla həddindən artıq məşğul olması da kişilərin emosional aclıqla qarşılaşmasına yol aça bilər. Bu halda o özünü lazımlı hiss etmir və ona qiymət verə biləcək başqa qadın axtarışına çıxır.
Bəzən kişilər onlara xəyanət edən qadınlardan intiqam almaq üçün xəyanətə gedirlər. Sonra dayanmaq çətin olur və bu daimi xarakter alır.