Qadın vəhşicəsinə döyülüb
Ötən gün axşam saatlarında Bakının Qaradağ rayonunda ahil yaşlı qadın küçənin ortasında vəhşicəsinə döyülüb. Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, Lökbatan qəsəbəsi ərazisində saat 18-19 radələrində 1953-cü il təvəllüdlü Fatma Abbasov möhkəm döyülüb. Onun sol gözünün altı gğyərib, üz və bel nahiyyəsi əzilib.
Qadına tibbi yardım göstərilib. Polis qadının şikayəti əsasında onu vəhşicəsinə döyən şəxsi axtarır.