Amirə Şahməmmədova naməlum şəxs tərəfindən hücuma məruz qalıb. Qadın vəhşicəsinə döyülüb
Ötən gün səhər saatlarında Bakının Binəqədi rayonunda 33 yaşlı qadını dyüb burnun sındırıblar. Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, Rəsulzadə qəsəbəsində 18-ci korpusda yaşayan 1980-cı il təvəllüdü Amirə Şahməmmədova naməlum şəxs tərəfindən hücuma məruz qalıb. Qadın vəhşicəsinə döyülüb. Onun burnunu sındırıblar. Qadın xəstəxanaya yerləşdirilib.