Rusiya Suriyaya S-300 raket komplekslərini satmaq niyyətini bir daha təsdiqləyib. Rəsmi Moskva bu cür satışları Suriyaya xaricdən müdaxilənin qarşısını almağa qadir olan və beynəlxalq hüququ pozmayan “stabilləşdirici amil” hesab edir. Bununla belə, rusiyalı diplomatlar qeyd edirlər ki, S-300 orta hərəkət radiuslu zenit raket sistemləri hücum əməliyyatları üçün deyil, müdafiə üçün, əsasən də, iri sənaye və inzibati obyektlərin müdafiəsi üçün nəzərdə tutulub.
“Biz hesab edirik ki, bu cür addımlar üçün bəzi “qaynar beyinləri” münaqişənin ssenarisini nəzərdən keçirməkdən yayındırır. Halbuki münaqişəyə bu cür ideyalarla tanış olan xarici qüvvələrin iştirakı ilə beynəlxalq xarakter verilə bilər.” – Rusiya XİN müavini Serqey Ryabkov belə deyib.
Xatırladaq ki, bir müddət əvvəl İsrail Rusiyanı Suriyaya S-300 raketlərini satmamağa razı salmağa çalışırdı. Hətta mətbuatda İsrailin baş naziri Benyamin Netanyahunun Rusiya prezidenti Vladimir Putini sazişlərin icrasından vaz keçməyə razı saldığı barədə məlumatlar da yayılmışdı.
“Saziş hələ icra edilməyib. Yalnız bunu deyə bilərəm. Ümid edirəm, saziş reallaşmayacaq. Amma əgər birdən bu baş verərsə, raketlər Suriyaya gedib çıxarsa, onda biz nə edəcəyimizi bilirik.” – İsrailin müdafiə naziri Moşe Yaalon belə deyib.
İsrail mənbələrinin məlumatına görə, raketlərin satışına dair artıq bu il Suriya tərəfindən Rusiyanın ‘Vneşekonombank’ adlı bankı vasitəsilə bir ödəniş edilib.
Qeyd edək ki, daha əvvəl Moskva S-300 raket komplekslərini İrana satmağı planlaşdırırdı, lakin İsrail Kremli bu sazişdən imtina etməyə razı sala bilmişdi.