Səudiyyə Ərəbistanının ən nüfuzlu din xadimlərindən biri şeyx Abdulla Məhəmməd əl Davudla bağlı böyük qalmaqal yaşanır
Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, Twitter-dəki mikrobloqunun 100 min daimi oxucusu olan Əl Davud son tvitlərindən birində yazıb: “Mömin müsəlman kişinin arvadı işləməməlidir. İşləməyə can atan, işə gedən qadınları zorlayın! Zorlama qadınların işə can atmalarının qarşısını ala biləcək vasitələrdən biridir”.
Ölkədəki mühafizəkarlar və xüsusilə də din xadimlərinin kəskin etirazlarına rəğmən Səudiyyə Ərəbistanının hakimiyyət dairələri qadınların dükanlarda çalışmalarına icazə vermişdi.
Şeyx əl Davudun tviti Səudiyyə Ərəbistanı ilə yanaşı, qonşu ölkələrdə də qəzəblə qarşılanıb.
Olayın ironiyasına bax ki, şeyx əl Davud açıqlamasını “gənclərin beyinlərini zəhərləyən murdar yer” adlandırdığı Twitter vasitəsilə yayıb.