Amerika Birləşmiş Ştatlarının Hyuston şəhərində moteldə baş verən yanğın sonradan daha dəhşətli faciəyə çevrilib. Yanğın zamanı zərərçəkənləri xilas etməyə gələn xilasedicilərin özləri dramatik şəkildə ölüblər. Xilasetmə əməliyyatı zamanı binanın arakəsmələrinin uçması nəticəsində 4 yanğınsöndürən otaqlardan birində qapalı vəziyyətdə qalıb.
Qısa müddət ərzində dağıntıları qaldırmaq mümkün olmadığı üçün yanğınsöndürənlərin həyatını da xilas etmək mümkün olmayıb.
Şəhər polisi hadisə zamanı daha 5 nəfərin yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirildiyini bildirib. Polisin məlumatına görə, yanğının səbəbləri istintaqdan sonra məlum olacaq.