Xalq artisti Nazpəri Dostəliyevanın ailəsində faciə ilə bağlı xəbər yayılıb. Milli.Az-a daxil olan məlumata görə, dünən Mərkəzi Klinik Xəstəxanada müğənninin nəvəsi dünyaya gəlib. Səhərə yaxın isə körpə dünyasını dəyişib.
Müğənni Nazpəri Dostəliyeva Milli.Az-a belə bir hadisənin olmadığını bildirib: “Kim yayıb bu xəbəri? Bu xəbəri sizə göndərənin özünün başına gəlsin. Bir nəvəm var, sağ-salamatdır”.