Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını güllələyib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Füzuli rayonunda yerləşən N saylı hərbi hissənin əsgəri Hüseynov Əli Hüseyn oğlunun tabeliyində olan avtomat silahdan açılan atəş nəticəsində əsgər Rəhimov Mirqasım Vüqar oğlu dünyasını dəyişib.
Hadisə ilə bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.