Boliviyada kəndlilər qızları zorlayan şəxsi amansızcasına qətlə yetiriblər. ANS PRESS-in xarici mətbuata isitanadən verdiyi məlumata görə, ölkənin cənubunda 35 yaşlı kişi dəfələrlə gənc qızlara cinsi təcavüz edirmiş.
Lakin sonuncu dəfə həmin şəxsin 17 yaşlı Leandra Ariya adlı qadını zorlayıb və sonradan döyərək öldürüb. Bundan hiddətləndirən kənd camaatı həmin şəxsi tapıblar. Onlar təcüvüzkarı döyüb və diri-diri torpağa basdırıblar. Onlar həmin şəxsi öldürdükdən sonra polisə məlumat veriblər.
Polis dəhşətli qətli törədən 200 nəfəri saxlayıb.