Bu gecə saat 02:00 radələrində Bakının Nizami rayonunda bıçaqlanan şəxs stamatoloq olub. Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 27 yaşlı Kənan Mirzəmmədov gecə saatlarında küçədə yaralı tapılıb. Onu taparkən çoxlu qan itirdiyindən huşsuz vəziyyətdə olub. Zərərçəkmişin xalası oğlu Rauf Yusifov polisə bildirib ki, Kənanı qonşuları yol kənarından tapıb. Gənc qan içində olub. Heç kəs ona köməklik göstərmək istəmirmiş.
Dərhal oğlan xəstəxanaya yerləşdirilib. Sabunçu rayon 3 saylı xəstəxanın cərrahiyə şöbəsinin müdiri Mahir Vəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, Kənan Mirzəmmədov dərhal əməliyyat olunub. Hazırda onun vəziyyəti stabil ağırdır.
Faktı araşdıran müstəntiq Qismət Sadıxovun ANS PRESS-ə verdiyi məlumata görə, Kənanın bıçaqlanmasında bəzi məqamlar qaranlıq qalır. Onun işi ilə əlaqədar da vurulduğu istisna edilmir.
***10.37
Bakının Nizami rayonunda 27 yaşlı oğlan ürəyindən vurulub. Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, NZS qəsəbəsində yaşayan 1986-cı il təvəllüdlü Kənan Mirzəmmədov bıçaqlanıb. Bıçaq onun sinəsindən vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.