Hüseyn Avni Mutlu: “Sözü olanlar bu nömrədən mənə zəng vura bilər: 0532 307 86 87”
İstanbul valisi Hüseyn Avni Mutlu “Gəzi parkı”na hər hansı bir müdaxilənin olmayacağını deyib. Parka daha əvvəl də girmədiklərini deyən Mutlu bəzi təxribatlar ola biləcəyini qeyd edib: “Gəzi parkına kəsinliklə müdaxilə olmayıb. Gözyaşardıcı qaz düşmüş ola bilər, iyi, tüstüsü çata bilər. Çünki insident mühitidir. Amma “Gəzi parkı”na girilməyib. Belə bir şey olsaydı, sosial şəbəkədə şəkli paylaşılardı. İndi belə girsək təxribatlar baş verə bilər”.
Az sonra “Gəzi parkı”nı ziyarət edəcəyini deyən vali Hüseyn Avni Mutlu ziyarətdən əvvəl sözü olanların şəxsi telefonuna zəng edə biləcəyini deyərək canlı efirdə telefon nömrəsini verib: “Sözü olanlar bu nömrədən mənə zəng vura bilər: 0532 307 86 87”.
http://www.youtube.com/watch?v=pLeXz0iESHU