Tanınmış rəqqasə Fatimə Fətəliyeva müğənnilərlə zarafat eləyib. Day.az-ın məlumatına görə, rəqqasə Fatimə müğənni üçün gərəkli bütün keyfiyyətlərə malik olduğunu bildirib. Deyib ki, səsi də var və şənliklərdə oxuya bilər.
“Əgər mahnı yazdırsam, o, lirik olacaq, çünki mən romantikəm. Əgər kimsə məni öz toyunda oxutdurmaq istəsə, yarım saat üçün 1500 manat, bütün tədbir üçün isə 5000 manat verməli olacaq. Əgər toy sahibləri hələ üstəlik oynamağımı da istəsələr, onda gərək 10000 manat ödəsinlər”, – deyə rəqqasə “ATV-maqazin” verilişinin efirində gülərək deyib.