İki gün əvvəl ad gününü qeyd edən müğənni Röya ATV telkanalında yayımlanan “Gün keçir” verilişində maraqlı açıqlamalar verib. Axşam.az-ın məlumatına görə, efirdə rəqs edən sənətçi çox ehtiraslı olduğundan danışıb: “Mən çox ehtiraslı qadınam. Bir az musiqi səsi eşidən kimi oynamağa başlayıram”.
Röya ad günündə ona edilən hədiyyələrdən də söz açıb: “Əvvəllər balaca ayı oyuncaqlar bağışlayırdılar. İndi ev, maşın verirlər. Bu dəfə isə dostlarım aktyor Sami Naserini mənə hədiyyə etdilər”.