Ötən həftə Bakıda keçirilən “Qrand” Milli İctimai Mükafatlandırma mərasimindən sonra model Günay Musayeva və “Plyus-Minus”verilişinin müxbiri Tural Ozan arasında yaşanan qalmaqal hələ də davam edir.
“Qafqazinfo”ya açıqlama verən Tural Ozan məşhur modelin etdiyi hərəkətlərə görə üzr istəcəyəcəyini gözləsə də, bu olmayıb:
“Gözlədim ki, Günay üzrxahlıq edər və eyni zamanda dəyən ziyanı ödəyər. Görünür, o, etdiyi hərəkətdən peşman deyil. Mən artıq konkret maddələrlə hüquq-mühafizə orqanlarına ilkin müraciət etmişəm, əgər növbəti həftə də Günaydan səs çıxmasa, müraciətimi rəsmiləşdirib hətta məhkəməyə də üz tutacam. Günaya deyərdim ki, gəlsin üzr istəsin və dəyən ziyanı qarşılasın”.
Jurnalist Günay Musayevanı Cinayət Məcəlləsinin aşağıdakı maddələri pozmaqda ittiham edir:
Maddə 163.1. Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar etmə—1 ilədək müddətə islah işləri ilə cəzalandırılır .
Maddə 186. Əmlakı qəsdən məhv etmə və ya zədələmə
186.1. Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə—2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.a