Müğənni Elton Hüseynəliyev həyat yoldaşından ayrılması xəbərini yalanlayıb.
Sənətçi “Onlar” verilişinə açıqlamasında bu məlumatların şayiə olduğunu deyib:
“Danışılanlar məni narahat etmir. Ailəmdə bütün münasibətlər yerindədir, biz ayrılmamışıq. Bəlkə mənim Aygün Kazımova ilə duet oxumağım buna rəvac verib. Bu xəbərlər yayılanda Aygün xanım mənə zəng vurdu ki, istəyirsən gəlim, ailənlə çəkilim. Biz Aygün xanımla dostuq. Əgər subay olsaydım, aramızda nəsə yaşana bilərdi”.