Moskva şəhər məhkəməsində 2006-cı ildə qətlə yetirilən jurnalist Anna Politkovskayanın işi üzrə məhəkə prosesi bu dəfə qalmaqalla yadda qalıb. Prokurorlar müttəhim kürsüsündə əyləşın Sergey Hacıqurbanov və İbrahim Mahmudova qarşı “silahların qanunsuz dövriyyəsi” maddəsinin ittihamnamədən çıxarılmasının istyiblər. Prokurorların sözlərinə görə, onların bu məsələ ilə bağlı günahkar olmaları təsdiqini tapmayıb.
Məhkəmə prosesi isə müttəhimlərdən birinin prokurora geyiminə görə irad tutması ilə yadda qalıb. S.Hacıqurbanov prokuror Natalya Proşkinanın mini yubka geyindiyini bildirərərk buna etiraz edib: “Burdakılar qafqazlılardır. Bu, onlara xoş gəlmir”.
Xatırladaq ki, jurnalist Anna Politovskaya 2006-cı il oktyabrın 7-də öldürülüb. Bu qətllə əlaqədar 5 nəfər mühakimə olunur- çeçen Lom-Əli Qaytukayev və onun qohumları Rüstəm, İbrahim və Cəbrayıl Mahmudov, keçmiş polis əməkdaşı Sergey Haciqurbanov.